Ukraynada Rusiyanın ən yeni döyüş təyyarələrindən biri  vuruldu
27 mart 2022 15:48 (UTC +04:00)

Ukraynada Rusiyanın ən yeni döyüş təyyarələrindən biri vuruldu

0

Ukrayna Silahlı Qüvvələrinin mobil hava hücumundan müdafiə bölmələri Xarkov vilayətinin İzyum rayonunda Rusiyanın Su-34 qırıcısını məhv edib.

Bu, Rusiya ordusunun ən yeni təyyarələrindən biridir. 

Lent.az Ukrayna KİV-nə istinadla bildirir ki,  bu barədə martın 27-də Xarkov Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov məlumat verib.

Yeni Su-34 qırıcısının qiyməti təxminən 36 milyon dollardır.

Rusiya tərəfinin məlumatına görə, Ukraynaya müdaxilə zamanı Rusiya ordusu ən azı iki Su-34 (bugünkü vurulan təyyarələri nəzərə almasaq) itirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3539

Oxşar yazılar