Ukraynada Rusiya  hərbçilərinin maşını   PARTLADILDI
23 dekabr 2022 14:08 (UTC +04:00)

Ukraynada Rusiya hərbçilərinin maşını PARTLADILDI

Dekabrın 23-də günorta radələrində müvəqqəti işğal olunmuş Melitopolun mərkəzində güclü partlayış səsi eşidilib. 

Lent.az Ukrayna mediasına istinadla bildirir ki, bu barədə şəhər meri İvan Fyodorov məlumat verib.

"Şahidlərin sözlərinə görə, Rusiya hərbçilərinin istifadə etdiyi avtomobil partladılıb. Sərnişinlərə və onların vəziyyətinə gəlincə, məlumat dəqiqləşdirilir", - Fyodorov “Telegram”da yazıb.

Bu arada yerli ictimai səhifələrdə partlayışın nəticələrini əks etdirən fotolar - alovlar içində qalan avtomobil yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1281
avatar

Oxşar yazılar