Ukraynada NEFT ANBARI  vuruldu, YANĞIN  başladı
18 iyun 2022 22:40 (UTC +04:00)

Ukraynada NEFT ANBARI vuruldu, YANĞIN başladı

0

Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətini atəşə tutub.

Lent.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Şurasının sədri Nikolay Lukaşuk və Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının sədri Valentin Rezniçenko məlumat veriblər.

Novomoskovsk vilayətinə atılan raketlər neft anbarını dağıdıb, güclü yanğın başlayıb.

Hadisə nəticəsində üç nəfər yanıq xəsarətləri alıb.

Xilasedicilər yanğını söndürməyə çalışır.

“İlkin məlumatlara görə, qurbanlar və irimiqyaslı dağıntılar var. İndi bütün məlumatlar dəqiqləşdirilir", - deyə Lukaşuk bildirib.

O, həmçinin Krivoy Roqda günorta saatlarında baş verən raket hücumu nəticəsində iki nəfərin yaralandığını xatırladıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1795

Oxşar yazılar