Rusiya hərbçiləri Ukraynanın Sumı vilayətinə raket zərbələri endirib.
Lent.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hadisə nəticəsində təhsil müəssisəsinin korpuslarından biri dağıdılıb, bir nəfər ölüb, beşi yaralanıb.
Yaxınlıqdakı evlərin pəncərələri sınıb həmçinin pravoslav kilsəsinin binasına da ziyan dəyib.