Müharibə zamanı Ukrayna tərəfində vuruşan 5000-ə yaxın xarici muzdlu məhv edilib.
Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, bu rəqəmi brifinq zamanı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov açıqlayıb.
“Ümumilikdə, müharibə zamanı 4990-a yaxın əcnəbi döyüşçü öldürülüb. Daha 4910 muzdlu Ukrayna ərazisindəki döyüş bölgələrini tərk edib”, - Konaşenkov bildirib.
O əlavə edib ki, Rusiya Silahlı Qüvvələri rəsmi Kiyevin tərəfində döyüşmək qərarına gələn əcnəbilərdən ibarət qruplara hücumu davam etdirmək niyyətindədir.