Ukraynanın paytaxtı Kiyevin şimalında toqquşmalar ötən gecə və bu gün səhər şiddətlənib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, liman şəhəri Mariupolda məscid bombardman edilib.
Ukrayna Xarici İşlər Nazirliyi Rusiya qüvvələrinin ölkənin cənubundakı liman şəhəri Mariupolda türk vətəndaşları da daxil olmaqla 80-dən çox böyük və uşağın sığındığı məscidin bombaladığını iddia edib.
Ölən və ya yaralananların olub-olmadığı bildirilməyib.