ABŞ-ın Ukraynadakı səfirliyində az sayda Amerika xüsusi təyinatlıları var.
Lent.az bildirir ki, “Fox News”ın xəbərinə görə, bu məlumatı Ağ evin rəsmi nümayəndəsi Con Kirbi təsdiqləyib.
Kirbi bildirib ki, o, Ukraynadakı ABŞ hərbçilərinin dəqiq sayını deyə bilməsə də, onların fəaliyyətinin təfərrüatlarını açıqlayıb. “Onlar hərbi attaşe ilə birlikdə Ukraynaya və Ukraynadan tədarük olunan malların uçotu üzərində işləyirlər”, - o izah edib.
Daha əvvəl “The Guardian” Pentaqonun sızdırılmış sənədlərinə istinadən Ukraynada NATO ölkələrindən olan 100-ə yaxın xüsusi təyinatlının olduğunu yazmışdı. Ukraynanın müdafiə naziri Aleksiy Reznikov bu məlumatı təkzib edib, lakin qeyd edib ki, hər səfirlikdə silahlı qüvvələrin rəsmi nümayəndəsi var.