Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakov bildirib ki, Rusiya Ukraynaya qarşı müharibədə 25 mindən çox hərbçisini itirib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə o, Rusiyadakı şəxsi mənbəsinə istinadən “Facebook” səhifəsində yazıb.
Avakov aprelin 8-də səhər saatlarında Rusiyada həftəlik daxili hesabatdan bir çıxarış dərc edib. Həmin hesabata görə şəxsi heyətin itkisi belədir:
• Rusiya Federasiyasının Silahlı Qüvvələri - 18 995 nəfər;
• özəl hərbi şirkətlər - 6013 nəfər.
"Rusiya Federasiyası Silahlı Qüvvələrinin və Rusiya özəl hərbi şirkətlərin şəxsi heyətinin ümumi işçi qüvvəsi itkisi 25 008 nəfərdir", - Ukraynanın keçmiş naziri sitat gətirib.
Ukrayna Silahlı Qüvvələri Baş Qəragahının aprelin 10-da yaydığı məlumata görə, Rusiya ordusunun müharibədəki itkilərinin sayı 19 300 nəfərdir.