Ukrayna Prezidenti Volodimir Zelenski ukraynalılara və rusiyalılara müraciət edib.
Lent.az-ın UNİAN-a istinadla xəbərinə görə, dövlət başçısının çıxışının ilk hissəsi Ukrayna dilində olub. Daha sonra o, çıxışına rusca davam edib.
“Hər bir cəmiyyəti və fərdin təhlükəsiz yaşamaq hüququ var. Bu bizim üçün vacibdir. Bu dünya üçün vacibdir. Dəqiq bilirəm ki, bu sizin üçün də vacibdir. Biz dəqiq bilirik: bizə müharibə lazım deyil – nə soyuq, nə qaynar, nə də hibrid” – deyə Zelenski vurğulayıb.