Ukrayna Prezidenti Volodimir Zelenskinin fərmanı ilə Ukrayna ordusunun xüsusi əməliyyatlar komandanı Qriqori Qalaqan vəzifəsindən azad olunub.
Lent.az-ın Ukrayna mətbuatına istinadla xəbərinə görə, bu vəzifəyə Viktor Xorenko təyin edilib.
Xorenko indiyədək Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin xüsusi ehtiyatlar qrupuna rəhbərlik edib.