Ukrayna Ordusu 40 hərbçisini itirib, dinc sakinlər arasında 10-a qədər ölən var.
Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə Zelenskinin ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç açıqlama verib.
O, Xarkov şəhəri yaxınlığında şiddətli döyüşlərin getdiyini, Ukrayna Ordusunun Rusiyanın tank bölmələrinin hücumunu dəf etdiyini söyləyib.