İlin sonuna qədər Ukrayna daha iki IRIS-T hava hücumundan müdafiə sistemi almalıdır.
Lent.az-ın məlumatına görə, bunu telemarafonun efirində Ukrayna xarici işlər nazirinin müavini Andrey Melnik deyib.
“Bu gün bizim iki sistemimiz var ki, onlar artıq Ukraynadadır, biri payızdan, digəri isə yazda göndərilib. Keçən il bizə söz verilmiş ikisi bu ilin sonuna qədər təhvil veriləcək. Yəni bizə söz verildiyi dörd sistem olacaq”, - deyə Melnik bildirib.
Diplomatın sözlərinə görə, Almaniya kansleri Şolz raketlərlə birlikdə 2024-cü ildə istehsal olunacaq daha dörd belə sistem yollamağı vəd edib.