Ukrayna Baş Qərargahı: Rusiya qoşunları  irəliləyir
10 aprel 2023 22:12 (UTC +04:00)

Ukrayna Baş Qərargahı: Rusiya qoşunları irəliləyir

Aprelin 10-da Ukrayna Müdafiə Qüvvələri Rusiyanın 20-dən çox hücumunu dəf edib.

Lent.az-ın UNİAN-a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının axşam məlumatında deyilir.

"Çoxsaylı texnika və canlı qüvvə itkisinə baxmayaraq, düşmən işğalçılıq müharibəsi aparmaqdan imtina etmir. O, əsas səylərini Liman, Baxmut, Avdeyevka və Marinsk istiqamətlərində hücum əməliyyatlarının aparılmasına yönəltməkdə davam edir. Bugün düşmənin 20-dən çox hücumu dəf edilib”, - Baş Qərargahdan bildirilir.

Baş Qərargahdan verilən məlumata görə, Avdeyevka uğrunda qızğın döyüşlər davam edir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2979
avatar

Oxşar yazılar