Ukrayna Avropa İttifaqına daxil olmalıdır.
APA-nın xəbərinə görə, bunu Euronews televiziyasına müsahibəsində Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen deyib.
“Ukrayna bizdən tam həmrəyliyinizi gözləyir. Artıq bu ölkə bəzi proseslərə qoşulub. Məsələn, Ukrayna bazarının vahid bazara inteqrasiyası. Biz digər sahələrdə də sıx əməkdaşlıq edirik. Zamanla Ukrayna bizə birləşəcək. bu ölkə bizim ailənin bir parçasıdır və biz onu Avropa İttifaqında görmək istəyirik” – deyə Lyayen qeyd edib.