Fransanın Marsel şəhərində uçan binanın altından çıxarılan cəsədlərin sayı beşə çatıb.
Lent.az-ın “Figaro”ya istinadla xəbərinə görə, tapılan meyitləri heç kim tanımadığı üçün onların şəxsiyyətini məhkəmə-tibb ekspertləri müəyyən edəcək.
Hadisədən 48 saatdan çox vaxt keçməsinə baxmayaraq axtarış-xilasetmə içşləri başa çatmayıb. Dağıntılar altında nə qədər insan qaldığı barədə dəqiq məlumat yoxdur.
Binanın uçmasına dair müxtəlif versiyalar irəli sürülür. Tikilinin qəzalı vəziyyətdə olması barədə də dəfələrlə mətbuatda xəbər verilib.