Türkiyə Silahlı Qüvvələri Akçakale sərhəd xəttində PKK terrorçularının hücumu nəticəsində 3 əsgərin şəhid olduğu bölgədə antiterror əməliyyatı aparır.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, bu barədə məlumatı Milli Müdafiə Nazirliyi yayıb.
Qeyd olunub ki, hücumundan sonra PKK/YPG hədəfləri atəşə tutulub və ilkin məlumata görə 12 terrorçu zərərsizləşdirilib. Bölgədə terrorçulara qarşı əməliyyatlarının davam edildiyi bildirilir.
Müdafiə naziri Hulusi Akar sosial media hesabında həlak olanların ailələrinə başsağlığı verib.
Xatırladaq ki, yanc=varın 8-də Suriya ilə sərhəd xəttində əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində 3 Türkiyə əsgəri həlak olub.