Türkiyənin məşhur “Baykar” Texnologiyanın idarə heyətinin sədri Səlcuq Bayraqdar yeni PUA-nın istehsalı ilə bağlı məlumat verib.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, o, bu barədə özünün “Tvitter” hesabında məlumat paylaşıb.
Bayraqdar 2018-ci ildən istehsalına başlanan və MİUS adı verilən yeni PUA-nın yaxın zamanlarda istifadəyə veriləcəyini qeyd edib.
O, həmçinin MİUS-u “Bayraktar TB2” ilə müqayisədə “Daha böyük bir balıq” olaraq təqdim edib.