Türkiyəli nazirin əmisi oğlu güllələndi
19 iyul 2022 00:19 (UTC +04:00)

Türkiyəli nazirin əmisi oğlu güllələndi

0

Türkiyənin daxili işlər naziri Süleyman Soylunun əmisi oğlu silahlı hücum zamanı öldürülüb.

Lent.az "Hürriyet"ə istinadən xəbər verir ki, 59 yaşlı Sefa Dönmez Trabzonun Of rayonunda silahlı hücum nəticəsində həyatını itirib.

Hadisə axşam saatlarında rayonun Atatürk Bulvarında baş verib.

Sefa Dönməz ilə Fatih adlı şəxs ilə yaranan mübahisə zamanı sonuncu ona tapança ilə 5 dəfə atəş açıb.

Of Dövlət Xəstəxanasına aparılan Dönmez, həkimlərin bütün müdaxiləsinə baxmayaraq xilas ola bilməyib.

Hadisədən sonra Fatih adlı şəx əlindəki silahla birlikdə polisə təslim olub. Polis qətllə bağlı araşdırmalara başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1993

Oxşar yazılar