Türkiyədə əyalətlərdə başlamış yanğınlar davam edir.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 132 yanğından 125-i nəzarət altına alınıb.
Ölkənin kənd təsərrüfatı və meşə sənayesi naziri Bəkir Pakdəmirlinin sözlərinə görə, İsparta Südçülər bölgəsində səhər saatlarında bir yanğın daha baş verib. Həmin yanğının söndürülməsinə 1 təyyarə, 1 pilotsuz uçuş aparatı, 15 havadan susəpən və 200 nəfər yanğınsöndürən cəlb olunub.
Məlumata görə, yanğın nəticəsində ölənlərin sayı 8-ə çatıb.
Sevinc Fərid