Türkiyədə zəlzələ oldu
07 sentyabr 2021 16:06 (UTC +04:00)

Türkiyədə zəlzələ oldu

Türkiyədə Antalya vilayətinin Kumluca rayonunda 4,5 bal gücündə zəlzələ olub.

APA-nın yerli bürosunun məlumatına görə, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yeraltı təkanların bu gün yerli vaxtla 14:20-də qeydə alındığını bildirib.

Qeyd edək ki, bu gün Türkiyədə yerli vaxtla 12:52-də Dənizlinin Bozkurt rayonunda da 3,9 bal gücündə zəlzələ baş verib.

Hər iki təkanlarda dağıntı və ciddi təhlükələrin olmadığı bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1184

Oxşar yazılar