Türkiyənin Muğla vilayətində 4,5 bal gücündə zəlzələ olub.
APA-nın yerli bürosunun məlumatına görə, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin bu gün yerli vaxtla 22:57-də qeydə alındığını bildirib.
Episentri Muğlanın Datça rayonunda qeydə alınan zəlzələ yerin 3,2 kilometr dərinliyində baş verib.