Türkiyənin Balıkəsir əyalətinin Bandırma rayonu ərazisi sahilində, Mərmərə dənizində 4,6 bal gücündə zəlzələ qeydə alınıb.
Lent.az-ın xəbərinə görə, bu barədə Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar İstanbulun bir neçə rayonunda da hiss olunub, əhali təlaşa düşərək evləri tərk edib.