Türkiyədə turist avtobusu aşdı-Onlarla yaralı var -YENİLƏNİB
17 iyul 2022 11:45 (UTC +04:00)

Türkiyədə turist avtobusu aşdı-Onlarla yaralı var-YENİLƏNİB

Türkiyənin Kayseri vilayətində turistlərin olduğu avtobusun aşması nəticəsində 30 nəfər yaralanıb.

Lent.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Sarıoğlan rayonunun İlıca məhəlləsində baş verib. Avtobus Qara dəniz turundan Mersinə qayıdırmış. Avtobus əvvəlcə yolun kənarında maneələrə çırpılıb, daha sonra isə yana çevrilib.

İlkin ehtimala görə, qəzaya səbəb sürücünün yuxulaması olub.

Qəzada xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər.

***

saat 09.08

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, avtobus dərəyə aşıb.

Qəza nəticəsində çoxlu sayda sərnişin yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2136
avatar

Oxşar yazılar