Türk siyasətçi, “İyi” Partiyanın sədri Meral Akşener xəstəxanaya yerləşdirilib.
Lent.az-ın xəbərinə görə, bu barədə partiyanın sözçüsü Hürşad Zorlu məlumat verib.
Zorlu qeyd edib ki, xanım siyasətçiyə “ürəyin aritmiyası” diaqnozu qoyulub. Onun səhhəti üçün ciddi təhlükə yoxdur və sabah evə buraxılacaq.