Muğladakı meşə yanğını söndürülüb.
Lent.az xəbər verir ki, bu barədə rəsmi Anadolu Agentliyi məlumat yayıb. Bildirilib ki, yanğınla mübarizəyə çox sayda texnika cəlb olunub. Hazırda ərazidə təhqiqat aparılır.
***
02.21
Türkiyənin Muğla vilayətində meşə yanğını baş verib.
Lent.az xəbər verir ki, yanğın Marmaris rayonunda qeydə alınıb. Yanğınla mübarizəyə canlı qüvvə və helikopterlər cəlb olunub. Daxili işlər naziri Süleyman Soylu hadisə yerindədir.
Kənd təsərrüfatı naziri Vahid Kirişçi yanğınla bağlı mətbuata açıqlama verib.
Nazir bildirib ki, yanğın başladıqdan 10 dəqiqə sonra yanğınsöndürənlər hadisə yerinə çatıb. Yanğınla mübarizəyə 150-dən çox texnika və 600-dək şəxsi heyət cəlb olunub.
Türkiyənin Milli Müdafiə Nazirliyi isə bildirib yanğın dronla müəyyən edilib. Hərbi Dəniz Qüvvələrinə məxsus dronun uçuşu zamanı yanğın aşkar edilib. Dərhal müvafiq dövlət qurumları məlumatlandırılıb. Alovla müabrizəyə canlı qüvvə və texnika göndərilib.