Türkiyədə bir gündə iki dəhşətli qəza
25 sentyabr 2022 13:16 (UTC +04:00)

Türkiyədə bir gündə iki dəhşətli qəza

Bu gün Türkiyənin Malatya və Qars əyalətlərində yük maşınları minik avtomobilləri ilə toqquşub.

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, Malatyada Kayseri-Malatya yolunda yük maşınının minik avtomobili ilə toqquşması nəticəsində avtomobildə olan 6 nəfər ölüb.

Qarsın Sarıkamış rayonunda isə yük maşınının minik avtomobili ilə toqquşması nəticəsində 4 nəfər ölüb, yük maşınının sürücüsü xəsarət alıb.

# 1785
avatar

Oxşar yazılar