Sahara səhrasında baş verən "termal partlayış" nəticəsində yaranan isti dalğaları Avropadan Türkiyənin cənubuna doğru yayılır.
Lent.az xarici mediaya istinadən bildirir ki, bunu Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand deyib.
Ekspert qeyd edib ki, artıq iyulun 22-23-də Türkiyədə 45 dərəcəyə qədər istilər gözlənilir, Aralıq dənizində su isə 26 dərəcəyə qədər isti olacaq. Eyni zamanda ölkənin şimalında - İstanbul və Ankarada havanın temperaturu 35 dərəcəyə yaxın olacaq.
Sinoptikin sözlərinə görə, Qərbi Avropanın mərkəzində hava şəraiti daha əlverişlidir. Almaniya və Fransada yaxın günlərdə təxminən 25 dərəcə isti olacaq. Bununla belə, İspaniyada istilər davam edəcək - 35-40 dərəcə Selsi.