Türkiyə  qırıcı təyyarəsini   istifadəyə verəcək
11 may 2022 23:32 (UTC +04:00)

Türkiyə qırıcı təyyarəsini istifadəyə verəcək

0

Türkiyə istehsalı olan “Hurjet” döyüş təyyarəsi ilk uçuşunu 2023-cü ildə edəcək.

Lent.az NTV-ə istinadən xəbər verir ki, bu barədə Müdafiə Sənayesi İdarəsinin rəisi İsmayıl Dəmir məlumat verib.

“Təyyarənin ilk komponentlərinin istehsalı üçün xətt yaradılır. 2023-cü ildə milli döyüş təyyarəmizi anqardan çıxararaq ilk uçuşunu həyata keçirəcəyik”, - deyə Dəmir bildirib.

Müdafiə Sənayesi İdarəsinin rəisi daha əvvəl bildirmişdi ki, “Hurjet” performans baxımından Amerikanın “F-35” qırıcı təyyarələrindən üstün olacaq.

Türk qırıcısı 2017-ci ildə hazırlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1742

Oxşar yazılar