Türk rok musiqisinin məşhur siması Erkin Koray vəfat edib.
Lent.az xəbər verir ki, bu barədə sənətçinin qızı sosial media hesabında məlumat verib.
82 yaşlı Koray uzun müddət idi ki, Kanadanın Toronto şəhərində yaşayırdı.
O, daha çox Anadolo roku tərzində ifaları ilə tanınıb. Bu yistiqamətdə Anadolunun tarixi türkülərinə yenidən nəfəs verən ustad rokçu həm Türkiyədə, həm də dünyada populyarlıq qazanıb.
Sənətçi 1969-cu ildə "Yeraltı dördlüsü" adlı qrupu yaratmaqla Türkiyədə "underground music" tərzinin geniş yayılmasında da önəmli rol oynayıb.
1982-ci ildə "Benden sana" və 1986-cı ildə "Gaddar" adlı albomları isə Türkiyədə ən çox satılan albomlar siyahısında yer alıb.