Türk qadınlar girovluqdan   azad edildi
08 iyun 2022 04:44 (UTC +04:00)

Türk qadınlar girovluqdan azad edildi

Haitidə mayın 8-də girov götürülmüş 8 Türkiyə vətəndaşından üçü səhhətinə görə azad edilib.

Lent.az “Le Monde” saytına istinadla bildirir ki, bu barədə “Metro “turizm şirkəti məlumat verib. Qadınların səhhəti kəskin pisləşdiyi üçün azad ediliblər. 

Qeyd edək ki, mayın 8-də Dominikan Respublikasından Haitiyə gləən avtobus sərhədi keçdikdən sonra silahlı şəxslər tərəfindən saxlanılıb. Avtobusdakı 8 türk, 3 haitili və 1 dominikanlı girov götürülüb. Dominikanlı sürücü və haitili bələdçi qadın bir neçə gün sonra azad edilib. 2 sərnişini isə yaxınları böyük məbləğdə pul qarşılığında girovluqdan qurtara bilib. Girovluqda olan türklər Haitidə türk dili tədris edən müəllimlərdir.

BMT-nin hesablamalarına görə, haitidə ildə orta hesabla 200 adam oğurlanır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1881
avatar

Oxşar yazılar