Tunisdə ordu paytaxta girdi: məmurların ÖLKƏDƏN ÇIXIŞI QADAĞAN EDİLDİ
26 iyul 2021 07:16 (UTC +04:00)

Tunisdə ordu paytaxta girdi: məmurların ÖLKƏDƏN ÇIXIŞI QADAĞAN EDİLDİ

Tunisdə bazar günü axşam hökumət ordu birləşmələrinin bölmələri paytaxta girərək Xalq Nümayəndələri Məclisinin (birpalatalı parlament) binası və milli televiziya şirkətinin binası yaxınlığında mövqelər tutub.

APA xəbər verir ki, bu barədə yerli “Al Mayadeen” telekanalı məlumat yayıb.

Bildirilib ki, Prezident Qais Saidin qərarlarından sonra Xalq Nümayəndələri Məclisinin (XNM) fəaliyyətinin dayandırıldığı, bütün millət vəkillərinin toxunulmazlığının ləğv edildiyi və Baş nazir Hişam Maşişinin istefası elan edilib.

XNM 30 gün müddətinə dayandırılıb. Bundan əlavə, prezident bütün millət vəkillərinin və bir sıra dövlət məmurlarının ölkədən çıxışının qadağan edilməsi barədə təlimat verib.

“Mosaique FM”in məlumatına görə, bu arada XNM sədri və Ən-Nəhda İslamçı Partiyasının lideri Rəşid Qənnuşi tunisliləri demokratiyanı bərpa etmək üçün dinc hərəkət etməyə" çağırıb.

Qeyd edək ki, bazar günü Tunisin bir sıra iri şəhərlərində parlamentin buraxılması, siyasi rejimin dəyişdirilməsini və həmçinin, respublikadakı sosial-iqtisadi vəziyyətə, epidemioloji vəziyyətin pisləşməsinə məsul olan məmurların mühakimə olunması tələbi ilə nümayişlər keçirilib. Etiraz aksiyalarından sonra prezident Qais tərəfindən müvafiq qərarlar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1530
avatar

Oxşar yazılar