Trampdan qalmaqallı sərəncam - Transgenderlərin qadınlarla yarışa çıxmasını qadağan edir
06 fevral 2025 05:29 (UTC +04:00)

Trampdan qalmaqallı sərəncam - Transgenderlərin qadınlarla yarışa çıxmasını qadağan edir

ABŞ prezidenti Donald Tramp cinsiyyəti doğulanda kişi kimi müəyyən edilən transgenderlərin qadınların idman turnirlərində iştirakını qadağan edən sərəncam imzalayacaq.

APA xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Trampın sərəncamı çərşənbə günü yerli vaxtla günortadan sonra imzalayacağı gözlənilir.

ABŞ nümayəndələr palatasının üzvü Nensi Meys bildirib ki, qanun ədaləti bərpa edəcək və qadın idmançıların hüquqlarını qoruyacaq.

Bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatası transgenderlərin qızların məktəbli idman komandalarında iştirakını qadağan edən qanun layihəsini də təsdiqləyib.

Respublikaçılar qanun layihəsini qadın idmançılar üçün oyun sahəsini bərabərləşdirmək üçün bir yol kimi irəli sürmüşdülər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 420

Oxşar yazılar