ABŞ-ın keçmiş prezidenti Donald Tramp keçmiş vəkili Maykl Koeni məhkəməyə verib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Tramp keçmiş vəkilinə qarşı etimadın pozulması iddiası ilə 500 milyon dollarlıq iddia qaldırıb.
Florida Dairə Məhkəməsinə təqdim edilən 32 səhifəlik iddiada Koen peşəkar qaydaları pozduğunu və Trampın sirlərini açaraq sui-istifadə etdiyi əks olunub.
Qeyd edək ki, Donald Tramp bu yaxınlarda məşhur kino ulduzu Stormi Danielsə susması üçün ödəniş etdiyi iddialarına görə məhkəmə qarşısına çıxıb. Koen isə ictimaiyyətə Trampın adından Danielsə öz hesabından 130 min dollar ödədiyini təsdiqləyib.