ABŞ-ın keçmiş prezidenti Donald Tramp Kabil hava limanından təxliyə edilən əfqanlar arasında terrorçuların ola biləcəyinə inandığını deyib.
APA xəbər verir ki, b barədə Trampın Mətbuat xidməti məlumat yayıb.
Sabiq prezident 26 min təxliyə ediləndən yalnız 4 mininin amerikalı olması faktına əsaslanaraq bu nəticəyə gəlib: “Əmin ola bilərsiniz ki, “Taliban” ən yaxşıların və ağıllıların getməsinə icazə vermir. Kabildən uçuşlara minərkən sərnişinləri lazımi yoxlamadan keçirmirlər. Bayden ABŞ-a nə qədər terrorçu gətirəcək? Bunu bilmirik”.