Vaşinqtonda toyuğun xüsusi mühafizə zonasına girməsi həyəcana səbəb olub.
Lent.az-ın xəbərinə görə, ABŞ-ın Müdafiə Nazirliyinin xüsusi mühafizə zonasında eşələnən toyuğa görə xəbərdarlıq sistemi işə düşüb.
Pentaqon rəsmiləri toyuğu ərazidən uzaqlaşdırmaq üçün heyvan hüquqları təşkilatına müraciət ediblər. Onlar toyuğu təhlükəsiz şəkildə tutub aparıblar. Ehtimal olunur ki, ev quşu binaya təsadüfən qonşu məhəllələrdən gəlib.
Bu xəbər yayıldıqdan sonra sosial şəbəkədə ciddi müzakirə və rişxənd mövzusu olub.