Kolumbiyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 29-a çatıb.
Lent.az xəbər verir ki, bu barədə ölkənin Kundinamarka departamentinin yanğınsöndürmə idarəsinin sözçüsü Alvaro Farfan özünün tviter səhifəsində yazıb.
Qeyd edək ki, bundan əvvəl torpaq sürüşməsi nəticəsində 26 nəfərin öldüyü, 3 nəfərin isə itkin düşdüyü bildirilmişdi.