Hindistanda intensiv yağışdan sonra torpaq sürüşməsi baş verib.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Maharaştra ştatında olub.
Təbiət hadisəsi 26 nəfərin həyatına son qoyub.
Yüzlərlə insanın hələ də torpaq kütləsinin altında qalmasından narahat olduqlarını qeyd edən səlahiyyətlilər, axtarış-xilasetmə işlərinə leysan yağış və relyefin əngəl törətdiyini bildirib.
Sürüşmənin təsirinə məruz qalan təxminən 17 evin olduğu və bir çox ailənin təhlükəsiz ərazilərə köçürüldüyü də bildirilib.