Nepalda yağan güclü yağışlar nəticəsində Açxam bölgəsində baş verən sürüşmə nəticəsində 22 nəfər ölüb.
Lent.az xəbər verir ji, hadisə paytaxt Katmandudan 450 km aralıda baş verdiyi bildirilib.
Xilasedicilərin məlumatına görə, daha 10 nəfər xəsarət alıb.
Qeyd olunub ki, rəsmi rəqəmlərə görə, bu il daşqınlar və sürüşmələr nəticəsində azı 70 nəfər ölüb, daha 10 nəfər isə itkin düşüb.
Qeyd edək ki, iyun-sentyabr aylarında Himalay dağları yüksəkliklərində musson yağışları yağır.