Türkiyədə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Lent.az xəbər verir ki, bu barədə “Haber Türk” məlumat yayıb.
Hadisə Hendek vilayətinin TEM magistralında, TIR sürücüsünün idarəetməni itirməsi səbəbindən baş verib.
Dəmir arakəsmələri keçərək qarşı yola çıxan TIR, minik avtomobili ilə toqquşub.
Hadisə nəticəsində TIR-ın sürücüsü və minik avtomobilində olan bir nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.
Qəzadan sonra dəri ilə yüklü TIR-da olan məhsullar yola dağılıb və nəqliyyatın hərəkəti iflic olub.
3 saatlıq təmizləmə işlərindən sonra hərəkət bərpa olunub.