Timsah sürüsü kəndin altı sakinini  PARÇALADI
21 aprel 2022 19:30 (UTC +04:00)

Timsah sürüsü kəndin altı sakinini PARÇALADI

Tanzaniyanın Kimaramisale kəndində bədbəxt hadisə baş verib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, kəndən keçən Ruvu çayından su götürməyə gələn sakinlər timsah sürüsünün hücumuna məruz qalıb.

Yırtıcılar bu ilin yanvar-mart ayları arasında 6 nəfəri parçalayaraq yeyiblər. 

Onlardan biri də kənd ağsaqqalı Salum Bonqonun atasıdır. O, kənd sakinlərini təhlükəsizlik baxımından çaya yaxınlaşmamağa çağırıb.

Hökumət kəndin üzləşdiyi problemi nəzarətə götürüb. Hazırda insanların çaydan təhlükəsiz şəkildə su gətirmələri üçün plan hazırlanır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2297

Oxşar yazılar