Hndistanın Maharaştra ştatında avtomobil yolunun tikintisi zamanı kran aşıb.
Lent.az xəbər veri ki, bu barədə "Hindustan Times" qəzeti məlumat yayıb.
Hadisə nəticəsində 17 nəfər ölüb, üç nəfər yaralanıb.
Estakadanın üzərinə düşən kran beton konstruksiyanın bir hissəsini dağıdıb.
Dağıntılar altında beş nəfərin qaldığı ehtimal edilir.