ABŞ-ın Şimali Karolina ştatının Şarlotta şəhərində tikinti meydançasında binanın karkasının uçması nəticəsində azı 3 nəfər ölüb, 2 nəfər yaralanıb.
Lent.az-ın məlumatına görə, bu barədə şəhərin yanğınsöndürmə idarəsi özünün “Twitter” səhifəsində məlumat yayıb.
Məlumatda xəsarət alanlardan ikisinin xəstəxanaya aparıldığı bildirilir.
Hazırda yanğınsöndürənlər binada işləyir. Hadisənin səbəbi məlum deyil.