Honq-Konqda ticarət mərkəzinə gələn 4 nəfər mətbəx bıçağı ilə silahlanmış şəxsin hücumuna məruz qalıb.
Lent.az “South China Morning Post”a istinadən xəbər verir ki, hadisə şəhərin şimalındakı “Shui Chuen O Plaza” ticarət mərkəzində yerləşən yeməkxanalardan birində baş verib.
Cinayətkar ilkin olaraq kassir qadına hücum edib. Daha sonra o, qadının köməyinə gələn şəxslərə hücum edib.
Nəticədə hücum edən şəxs saxlanılaraq hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.
Hadisənin səbəbləri araşdırılır.