Təyyarədə  partlayış:   18 nəfər...
24 iyun 2023 06:08 (UTC +04:00)

Təyyarədə partlayış: 18 nəfər...

Honq Konq hava limanında qalxma zamanı təyyarənin şassisi partlayıb.

Lent.az xəbər verir ki, hadisə Honq Konq Beynəlxalq Hava Limanında baş verib.

İlkin məlumatlara görə, “Cathay Pacific” təyyarəsinin şassisi uçuş-enmə zolağı boyunca sürətlənərkən həddindən artıq istiləşmədən partlayıb. Təyyarənin kapitanı uçuşu dayandırmaq qərarına gəlib. Sərnişinləri təxliyə edilib.

Ən azı 18 nəfər yaralanıb.

Qalan 275 sərnişin isə xəsarət almayıb.

Hüquq-mühafizə orqanları hadisənin baş vermə şəraiti ilə bağlı araşdırmalara başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2393

Oxşar yazılar