Meksikanın Mazatlan şəhərində kiçik təyyarə dənizə düşüb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.
Hadisədən sonra əraziyə çox sayda axtarış-xilasetmə qrupu göndərilib.
Şahidlər bildiriblər ki, pilot təyyarənin mühərrikində yaranan nasazlıq nəticəsində təcili eniş etməyə cəhd edib, lakin idarəetməni itirərək dənizə düşüb.