Norveç ordusundan tərxis olunanlar alt paltarını hərbi hissədə qoymalıdırlar.
Lent.az-ın 7sur7.be saytına istinadla xəbərinə görə, ordunun təchizatındakı çətinliyə görə Müdafiə Nazirliyi bu addımı atıb.
Koronavirus pandemiyası başlayandan isə silahlı qüvvələrin əşya təminatı daha da pisləşib. Tərxis olunanların qoyub getdiyi paltarlar yuyulub təmizlənərək yeni gələnlərə veriləcək.
Qeyd edək ki, Norveç ordusunda qadın və kişilər bir yerdə xidmət edir. Yeni qayda kişilərlə yanaşı qadınlara da şamil olunur.