Terror hücumu 18 nəfərin ölümünə səbəb oldu
28 iyul 2022 01:41 (UTC +04:00)

Terror hücumu 18 nəfərin ölümünə səbəb oldu

0

Malidə terror hücumu zamanı 15 hərbçi və 3 mülki şəxs həlak olub.

Lent.az-ın “Figaro”ya istinadla xəbərinə görə, hücum Mavritaniya ilə sərhədə yaxın ərazidə baş verib. 

Malinin Müdafiə Nazirliyi bildirib ki, cavab tədbirləri sayəsində 48 terrorçu, həmçinin onlara məxsus avtomobillər və silah məhv edilib.

Qeyd edək ki, eyni ərazidə Əl-Qaidənin terror hücumu ötən həftə 1 nəfərin ölümü, 6 nəfərin yaralanması ilə nəticələnmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1478

Oxşar yazılar