İranda zorla hicab taxmağa etiraz əlaməti olaraq tələbə qız üst paltarlarını soyunub.
Lent.az-ın xəbərinə görə, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Hadisə noyabrın 2-də Tehranda Azad İslam Universitetində baş verib.
O, hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.
Artıq Azad İslam Universiteti də baş verən olayı təsdiqləyib. Universitetin İctimaiyyətlə əlaqələr üzrə direktoru Əmir Mahcub X-da paylaşımında bildirib ki, həmin tələbə qız qəbuledilməz davranışı ilə əlaqədar ali məktəbin təhlükəsizlik bölməsi tərəfindən saxlanılıb və hüquq-mühafizə orqanlarına təhvil verilib. Qeyd edilib ki, hazırda onun hərəkətinin motivləri araşdırılır.
Beynəlxalq insan hüquqlarını müdafiə təşkilatları isə tələbə qızın təcili azadlığa buraxılmasını tələb edir.