Aprelin 16-da Meksikada Popokatepetl vulkanı aktivləşib. Kül buludu təxminən 6700 metr hündürlüyə qalxıb.
Lent.az-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, vulkana görə əhalinin təxliyəsinə başlanılıb.
Milli Fəlakətlərin Qarşısının Alınması Mərkəzinin (Cenapred) Meksika Milli Muxtar Universiteti (UNAM) ilə birgə keçirdiyi gündəlik monitorinqin nəticələrinə görə, son 24 saat ərzində Popocatepetl vulkanında 148 püskürmə qeydə alınıb.
Popokatepetl Meksikanın paytaxtı Mexiko şəhərindən 64 kilometr cənub-şərqdə yerləşir və dünyanın ən aktiv vulkanlarından hesab edilir.