İranda molla rejimin etirazçılara qarşı təzyiqləri günü-gündən artır.
Lent.az “Mouze” teleqram kanalına istinadən xəbər verir ki, rejim bu dəfə Təbrizdən olan xanım fəal Leyli Purbabanı ilə bağlı hökm çıxarıb.
Azərbaycanlı gənc qadın 3 il həbs və 44 şallaq cəzasına məhkum edilib.
Leyli Purbaba 76 gündür həbsxanada saxlanılsa da, ailəsinin onunla görüşünə icazə verilmir.
Qeyd edək ki, Leyli Purbaba keçən il noyabrın 2-də polis bölməsinə çağırıldıqdan sonra həbs edilərək barəsində cinayət işi açılıb və həbsxanaya köçürülüb.